Çempionlar Liqasında ilk finalçı müəyyənləşib
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Çempionlar Liqasında ilk finalçı İngiltərənin “Liverpul” komandası olub.
Metbuat.az xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu komanda yarımfinal mərhələsində İspaniya “Vilyarreal”ına qalib gəlib.
Evdə 2:0 hesabı ilə qalib gəlmiş “qırmızılar” səfər oyununda 3:2 hesabı ilə meydandan həm qalib, həm də finalçı kimi ayrılıblar.
Qeyd edək ki, finalda “Liverpul”un rəqibi İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları arasında keçiriləcək digər yarımfinal cütünün qalibi olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.