Çernobıl AES-də enerji təchizatı BƏRPA EDİLDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin verilişi bərpa edilib.
Metbuat.az xəbər verir ki, bu barədə energetika naziri German Qaluşenko bildirib.
“Bu gün НЭК “Укрэнерго” mütəxəssislərinin, nüvə alimlərimizin və elektrikçilərimizin inanılmaz səyləri sayəsində ruslar tərəfindən ələ keçirilən Çernobıl AES-in fəaliyyətini bərpa etmək mümkün oldu”, – Qaluşenko deyib.
Nazirin sözlərinə görə, indi işlənmiş nüvə qurğularının soyutma sistemləri ehtiyat enerji rejimindən çıxaraq yenidən normal rejimdə işləyəcək.
“Çernobıl Atom Elektrik Stansiyası Ukraynanın enerji obyektidir və bizim obyektlərimizin elektrik enerjisini təmin etmək və ya bərpa etmək üçün heç kimin köməyinə ehtiyacımız yoxdur. Bəli, bizim energetiklərimiz doğrudan da qəhrəmandırlar, lakin hərbi təcavüz qarşısında yalnız onların səyləri ilə nüvə təhlükəsizliyini təmin etmək mümkün deyil. Ona görə də mən bir daha beynəlxalq tərəfdaşlarımıza, Avropa Komissiyasına, MAQATE-yə, BMT-yə, ATƏT-ə müraciət edirəm: nüvə obyektlərini qorumaqda bizə kömək edin! İndi düşməni AES-i tərk etməyə məcbur etmək və Ukraynanın atom elektrik obyektləri ətrafında 30 kilometrlik hərbsizləşdirilmiş zona yaratmaq mütləqdir, – Qaluşenko vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.