fbpx

Çernobılda HƏYƏCAN TƏBİLİ: Ruslar talamağa başladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir müddətdir Çernobılı nəzarətdə saxlayan Rusiya ordusu AES-i talamağa başlayıb.

Metbuat.az “Unian”a istinadən xəbər verir ki, məlumata görə rus əskərləri sistem blokları, ofis avadanlıqlarını, iş paltarlarını götürrməyə başlayıblar. Bu faktı Ukrayna Dövlət Agentliyi yanında İctimai Şuranın sədri Oleksandr Syrota da təsdiq edib.

“Çernobıldan xəbərlər var. İşğalçılar insanlara toxunmur, lakin şəhərdə yerləşən bütün müəssisələrin ofislərini qarət ediblər. Sistem bloklarını, ofis avadanlıqlarını, kombinezonları mərkəzdən çıxarırlar”.

Syrotanın sözlərinə görə, müəssisələrin ərazisində qalan avtomobillər dağıdılıb, Çernobılda elektrik enerjisi yoxdur.

“Ümumilikdə şəhərdə 300-ə yaxın insan qalıb. Ərzaq və yanacaq böhranı var. Qısa müddətdən sonra qəza generatorlarının dayanmağı ilə Çernobılın təhlükəsizlik sistemləri də çalışmayacaq. Əgər atom elektrik stansiyasından çıxan nüvə tullantıları mütəmadi olaraq soyudulmasa, radiasiya sızması baş verəcək” deyə Syrota qeyd edib.

Qeyd edək ki, bundan əvvəl rus işğalçılarının Zaporojye və Çernobıl AES -dən hərbi baza kimi istifadə etdiyi barədə xəbərlər yayılmışdı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin