Çexiya millisi Bakıda keçirilən beynəlxalq minifutbol turnirinin qalibi olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Bakıda keçirilən minifutbol üzrə beynəlxalq turnirə yekun vurulub.
Metbuat.az xəbər verir ki, 10 komandanın mübarizə apardığı turnirin finalında Serbiya və Çexiya komandaları qarşılaşıblar. Rəqibini 4:3 hesabı ilə məğlub edən Çexiya yığması turnirin qalibi olub.
Üçüncü yer uğrunda mübarizədə isə Azərbaycan və Qazaxıstan seçmələri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib penalti seriyasında bəlli olub. Zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan millisi qələbə qazanıb – 4:3.
Nümunəvi təşkilatçılıqla dünya və Avropa minifutbol təşkilatlarının böyük rəğbətini qazanan Azərbaycan növbəti dəfə nüfuzlu yarışların dəyişilməz ünvanı olduğunu təsdiqləyib.
Bağlanış mərasimində xüsusilə vurğulanıb ki, Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə minifutbolun inkişafına verdiyi böyük töhfəyə görə ən böyük alqışlara layiqdir.
Yekunda turnirin ən yaxşı qapıçısı, ən yaxşı futbolçusu və bombardiri AMF tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, millimiz qrup mərhələsində Çexiya və Serbiya seçmələri ilə qolsuz heç-heçə edib, İtaliya və Gürcüstan yığmalarını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Pley-off mərhələsinə yüksələn yığmamız Fransaya 3:2 hesabı ilə qalib gəlib. Yarımfinalda Serbiya yığmasına məğlub olan (2:3) komandamız üçüncü yer uğrunda görüşdə Qazaxıstana uduzub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çexiya #millisi #Bakıda #keçirilən #beynəlxalq #minifutbol #turnirinin #qalibi #olub