fbpx

Çexiya – Türkiyə matçında hesab bərabərləşdi



Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə matçında hesab bərabərləşib.

BEY.AZ xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib – 1:1.

Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.

Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda keçirilən Çexiya – Türkiyə matçında hesab açılıb.

BEY.AZ xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib,

Gürcüstan yığması isə hesabda öndədir – 1:0.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya – Türkiyə və Gürcüstan – Portuqaliya matçına start verilib.

BEY.AZ xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion”da və Helzenkirhendəki “Feltins Arena”da keçirilir.

Çexiya – Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan – Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.

Hər iki qarşılşama 23:00-da başlayıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin