Ceyhun Bayramov “3+3” platformasında çıxış etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, iclasda Azərbaycanın ümumi çağırışları, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, rabitə və ətraf mühit kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin münaqişədən sonrakı dövrün belə bir kritik anında regionda davamlı və dönməz sülhə nail olmaq üçün Ermənistan tərəfindən zəruri konstitusiya dəyişiklikləri vasitəsilə keçmiş münaqişənin rəvayətlərinin və strukturlarının qalıqlarının aradan qaldırılmasının vacibliyi vurğulanıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |