fbpx

Ceyhun Bayramov AŞ Nümayəndələr Komitəsinin qrup sədri ilə görüşdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi GR-DEM üzvü olan bir qrup səfirlərdən ibarət olan nümayəndə heyəti ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə AŞ arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri, AŞ-nin ölkəmizə dair 2022-2025-ci illər üçün Fəaliyyət Planının icra mexanizmləri ətrafında müzakirələr aparılıb.

Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib.

Rüya tabirlerini burdan oku

Səfərlə bağlı xoş təəssuratları ilə bölüşən nümayəndə heyətinin üzvləri, keçirilən görüşlərin və aparılan müzakirələrin ölkə haqqında, xüsusilə də ölkənin inkişafı ilə bağlı yerindəcə tanış olmaq baxımından əhəmiyyətini vurğulayıblar.

Nazir, nümayəndə heyətinin suallarını cavablandırdı və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu