Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.
BEY.AZ xəbər verir ki, tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.