Ceyhun Bayramov gürcü həmkarı ilə danışıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov, dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.
Nazir David Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.