Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Sentyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən Metbuat.az-a verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Səfər zamanı həmçinin nazir Ceyhun Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində “Azərbaycan” otağının açılış mərasimində iştirakı planlaşdırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ceyhun #Bayramov #İsveçrəyə #işgüzar #səfərə #yola #düşdü