fbpx

Ceyhun Bayramov Kamboca hökumətinin müşaviri ilə görüşüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Kamboca hökumətinin müşaviri Sok Sifana ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Kamboca arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyədə mövcud əməkdaşlığın perspektivləri, həmçinin regionda və dünyada cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Rüya tabirlerini burdan oku

Nazir Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Azərbaycanın sədrlik etdiyi QH-nın üzv ölkələr arasında münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən bir platforma olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, Azərbaycanın bundan sonra da QH çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Nazir həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, xüsusilə də mina təhdidləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Kamboca hökumətinin müşaviri Sok Sifana, Kambocanın Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Azərbaycanın QH-ya sədrlik dövrünün Hərəkatın inkişafına töhvə verdiyi diqqətə çatdırılıb. O, Azərbaycanla Kamboca arasında kənd təsərrüfatı, təhsil, turizm sahələrində geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması təqdir olunub. Tərəflər eyni zamanda, minaların effektiv təmizlənməsi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ceyhun #Bayramov #Kamboca #hökumətinin #müşaviri #ilə #görüşüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu