fbpx

Ceyhun Bayramov Lui Bono ilə sülh prosesini müzakirə edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

XİN-dən Metbuat.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.

Rüya tabirlerini burdan oku

Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ceyhun #Bayramov #Lui #Bono #ilə #sülh #prosesini #müzakirə #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu