fbpx

Ceyhun Bayramov Qırğızıstan parlamentinin sədri ilə görüşüb

Rüya Yorumları burda

Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 9-da Qırğızıstan Parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev ilə görüşüb.

BEY.AZ xəbər verir ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq münasibətləri, əməkdaşlığın gələcək perspektivləri və parlamentlərarası əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov görüş zamanı, xüsusilə də parlamentlərarası müstəvidə ölkələrin bir-birinin mövqeyinə qarşılıqlı dəstək göstərməsinin vacibliyini qeyd edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində geniş perspektivlərin mövcud olduğunu vurğulayıb.

Rüya tabirlerini burdan oku

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri və Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib.

Joqorku Keneşin sədri Nurlanbek Şakiyev öz növbəsində ölkəsinin Azərbaycanla qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə önəm verdiyini və daha öncə qeyd edilən sahələrdə mövcud əməkdaşlığın təkmilləşdirilməsi perspektivlərinin mövcudluğunu qeyd edib. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak məqsədilə ölkəmizə səfərini mənnunkuqla xatırlayan spiker, iki ölkə parlamentləri arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

Görüş zamanı həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

15:19

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev ilə görüşüb.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, görüş çərçivəsində tərəflər Azərbaycan-Qırğızıstan əməkdaşlığının gündəliyinə aid bir çox məsələləri, o cümlədən parlamentlərarası əlaqələri müzakirə ediblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu