fbpx

Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri ilə görüşüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluq ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb.

Nazir eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Rüya tabirlerini burdan oku

Sinqapur naziri Vivian Balakrişnan Sinqapurun ölkəmiz ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib.

Görüş zamanı, eyni zamanda Azərbaycanla Sinqapur arasında iqtisadi əməkdaşlıq Komissiyasının təsis edilməsinin, təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu