fbpx

Ceyhun Bayramov Tovio Klaarla Ermənistanla normallaşma prosesini müzakirə edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



9 iyun 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb.

XİN-dən Metbuat.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb.

Qarşı tərəf Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Rüya tabirlerini burdan oku

Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ceyhun #Bayramov #Tovio #Klaarla #Ermənistanla #normallaşma #prosesini #müzakirə #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu