fbpx

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi yayılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarici işlər naziri Ceyhun Bayramovun Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000 azərbaycanlı ilə bağlı BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubu qurumun sənədi kimi yayılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda XocavəndFüzuli rayonlarında kütləvi məzarlığın aşkar olunması, habelə bu yöndə aparılan araşdırmalar barədə məlumat verilib.

Rüya tabirlerini burdan oku

“Bütün itkin düşmüş şəxslərin yerinin tapılması və onlara qarşı törədilmiş beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına görə məsuliyyətin tam üzərinə götürülməsi qanlı münaqişədən sonra davamlı barışığa nail olmaq üçün vacib elementlərdir.

Ədalətin təmin edilməsi təkcə cəzalandırıcı deyil, həm də qabaqlayıcı xarakter daşıyır, bu cür cinayətlərin təkrarlanmamasına xidmət edir, hər iki ölkə və onların xalqlarının mehriban qonşuluq münasibətlərində sülh və sabitlik şəraitində yaşamasına kömək edir.

Münaqişənin başa çatması ilə Ermənistanın beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycana qarşı silahlı təcavüzünün qaranlıq səhifələrinə işıq salmaq üçün əməli addımlar atmağın və onun ağır nəticələrinin aradan qaldırılması üçün əməkdaşlıq etməyin vaxtı çatıb.

Bu anlayışa əsaslanaraq, sizə bir daha xahişlə müraciət edirəm ki, Ermənistanı 1990-cı illərin əvvəllərindən itkin düşmüş minlərlə insanın taleyinə aydınlıq gətirmək üçün əlində olan bütün məlumatları verməyə çağırasınız. Bu istiqamətdə ardıcıl addımlar təkcə qanunun aliliyi və ədalət üçün ortaq məsuliyyət baxımından deyil, həm də regionda münaqişədən sonra normallaşma gündəmini irəli aparmaq üçün lazımdır”, – Azərbaycan xarici işlər nazirinin məktubunda vurğulanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu