fbpx

Ceyhun Hüseynov öldürülüb – RƏSMİ AÇIQLAMA



Xəbər verildiyi kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən BEY.AZ-a verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

Azərbaycan Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin