fbpx

“ChatGPT” insanlarda emosional asılılıq yarada bilər

Rüya Yorumları burda


Süni intellekt modeli “ChatGPT”nin səsləndirmə funksiyası bəzi istifadəçilərdə emosional bağlılıq yarada bilər.

BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə mərkəzi ABŞ-də yerləşən “OpenAI” şirkəti məlumat yayıb. Məlumatda “ChatGPT”də aparılan təhlükəsizlik araşdırmaları və süni intellekt modeli ilə söhbət etmək üçün təklif edilən səsli seçimlə bağlı təfərrüatlar yer alıb.

İlk araşdırmalar nəticəsində süni səsləndirmənin suallara 232 millisaniyədə cavab vermə müddətinin adi bir insanın söhbət əsnasında reaksiya müddətinə çox yaxın olduğu məlum olub. Funksiya bu qədər “realist və təbii” olduğu üçün insanlar onunla emosional bağ qura bilərlər və bunun asılılığa çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Texnologiyanın istifadəçilərin tapşırıqlarını yerinə yetirməsi və söhbətlər haqqında təfərrüatları yadda saxlaması “həddindən artıq özünə inam və asılılıq” yarada bilər. Qeyd edilib ki, “Səs rejimi” insanlara sadəcə fayda verə bilər, lakin münasibətlərə mənfi təsir göstərə bilər.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu