fbpx

Çin kosmik stansiyanın BMT-yə üzv ölkələrin astronavtları üçün açıq olacağını elan edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Çin, Yer orbitində qurduğu Tiengong (səma sarayı) Kosmik Stansiyasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin astronavtlarının ziyarətinə və tədqiqat layihələrinə açıq olacağını açıqlayıb.

Metbuat.az “Sputnik Türkiye” nəşrinə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Vinbin açıqlamasında indiyədək stansiyada həyata keçirilməsi üçün 17 ölkədən 23 təşkilatdan 9 layihənin seçilib.

Mətbuat katibi Vanq BMT-nin Kosmik Əlaqələr Ofisinin koordinasiyası ilə həyata keçiriləcək təcrübə və tədqiqat layihələrinin bu ilin sonuna qədər başlayacağına ümid etdiklərini bildirib.

Rüya tabirlerini burdan oku

Çinin kosmosdan dinc məqsədlərlə istifadə prinsipinə sadiq qalan bütün ölkələrlə beynəlxalq əməkdaşlığa hazır olduğunu vurğulayan Vanq, “Xarici astronavtlar Çin Kosmik Stansiyasına baş çəkə və Çin astronavtlarına müsbət töhfə verərək kainatın sirlərini həll etmək və dünyanın ortaq gələcəyini qurmaq üçün birlikdə çalışa bilərlər” deyə çıxış edib.

Qeyd edək ki, ABŞ Çinə kosmosun tədqiqi sahəsində əməkdaşlığı qadağan etdiyi və onun Beynəlxalq Kosmik Stansiya proqramında iştirakına mane olduğu üçün Çin özünün kosmik stansiyasını yaratmağa çalışır.

Stansiyanın 2022-ci ilə qədər tamamlanması üçün ilin sonunda Shincou (müqəddəs gəmi) servisində iki insanlı ekspedisiya və Tiencou (səma gəmisi) servisində iki yük səfəri planlaşdırılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu