Çin şirkəti uçan avtomobili təqdim etdi
Çinin aparıcı elektrik avtomobil istehsalçısı “XPeng” “Land Aircraft Carrier” (“Quru Təyyarə Gəmisi”) adlanan uçan avtomobili təqdim edib.
BEY.AZ xəbər verir ki, şirkət Çində keçirilən aviaşouda fütüristik dizayna malik nəqliyyat vasitəsi həm yerdə sürmə, həm də havada uçma funksiyasını birləşdirərək gələcəyin texnologiyası kimi təqdim olunub. “XPeng”in bu avtomobili 2026-cı ilə qədər satışa çıxarmağı planlaşdırdırdığı bildirilir.
Uçan avtomobilin dizaynı dörd pərvanəli dron texnologiyasına əsaslanır. Bu yanaşma bu cür vasitələrin ən praktik forması kimi qəbul edilir. “XPeng”in digər aviasiya texnologiyaları ilə birgə hazırladığı avtomobil müasir nəqliyyat həllərinin gündəlik həyata inteqrasiyasını nəzərdə tutur. Təqdim olunan uçan avtomobil yalnız sivil istifadə üçün nəzərdə tutulmayıb. Avtomobilin radar görünürlüğünü azaltmaq üçün hazırlanmış xüsusiyyətlər onun hərbi məqsədlər üçün potensialını da ortaya qoyur. Bu isə Çinin texnoloji innovasiyaları müdafiə strategiyası ilə birləşdirmək siyasətinə uyğun addım hesab olunur.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |