Çin uzaqdan zondlama peyklərini orbitə çıxarıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Çin uzaqdan zondlama peyklərini orbitə çıxarıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şanxay Kosmik Texnologiyalar Akademiyası (SAST) məlumat yayıb.
“Yaogan-35-03” uzaqdan zondlama peykləri Çinin Qaensu ştatındakı Ciuçüen kosmodromundan buraxılıb.
Orbitə buraxılan peyklərdən ilk növbədə elmi təcrübələr, resursların kəşfiyyatı, kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının qiymətləndirilməsi, təbii fəlakətlərin və onların nəticələrinin qarşısının alınması, eləcə də digər sahələrdə istifadə olunacaq.
İki mərhələli “Long March 2D” daşıyıcı aparatı Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən peykləri Yerin aşağı orbitinə çıxarmaq üçün hazırlanıb. Tərtibatçıların fikrincə, o, həmçinin təxminən 645 km yüksəklikdə günəşlə sinxron orbitə 1 300 kq-a qədər faydalı yük çıxarmağa qadirdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.