Çin və Hindistan hərbçiləri əlbəyaxa oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Hindistan-Çin sərhədində hərbçilərin bir-birilərinə soyuq silahlarla və daşlarla hücum etməsi müzakirə mövzusu olub.
Metbuat.az xəbər verir ki, mübahisəli Sikkim bölgəsində baş verən hadisə zamanı hərbçilər odlu silahdan istifadə etməyib. Məlumata görə, toqquşmadan sonra çin hərbçiləri qaçıblar. Bildirilir ki, qarşıdurmaya səbəb çinli hərbçilərin bölgədə yeni sərhəd xəttini müəyyən etməsinə cəhd göstərməsi olub.
Qeyd edilir ki, iki ölkə arasında 1996-cı ildə imzalanmış razılaşmaya görə, Himalay və Sikkim bölgələrindəki sərhəddə Hindistan və Çin hərbçilərinin odlu silahdan istifadə etməsi qadağandır. Buna görə də, hərbçilər üzərində odlu silah daşımır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çin #və #Hindistan #hərbçiləri #əlbəyaxa #oldu