fbpx

Çin və Hindistan mübahisəli ərazilərlə bağlı razılığa gəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Çin və Hindistan Himalay dağlarının mübahisəli sərhəd bölgələrində gərginliyi həll etmək üçün danışıqların yeni raundundan sonra “sülh və sakitliyi qorumağa” razılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə iki ölkənin orduları arasında sərhəd gərginliyini azaltmaq məqsədilə korpus komandirləri səviyyəsində keçirilən 19-cu görüşdən sonra tərəflərin yaydığı birgə bəyanatda deyilir.

“Qərb sektorunda qalan problemlərin həlli ilə bağlı razılığa gəlinib. De-fakto Nəzarət Xətti dərhal həll edilməlidir.Tərəflər o vaxta qədər sərhədyanı rayonlarda sülh və əmin-amanlığın saxlanması barədə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Çin və Hindistan arasında Himalay dağlarında sərhəd münaqişəsinin həllinə dair danışıqların 19-cu raundu öncəsi Hindistan Hərbi Hava Qüvvələri Ladax bölgəsinin şərqinə 68 min əsgər və çoxlu sayda hərbi texnika cəlb edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çin #və #Hindistan #mübahisəli #ərazilərlə #bağlı #razılığa #gəldi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin