“Cinayətkarların sizi aldatmalarına imkan verməyin”
BEY.AZ informasiya agentliyi xəbər verir
Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın mühasirəsində olan “Azovstal” zavodundan təxliyə üçün gəmi göndərmək təklifi ilə bağlı prezident Ərdoğana müraciət edib.
Metbuat.az Haberglobal-a istinadən xəbər verir ki, Kadırov Ərdoğana “Azovstal” zavodunda olan Ukrayna qüvvələrini xilas etməmək üçün teleqram kanalında yazılı müraciət edib: “Azov döyüşçüləri sizə günahsız qurbanlar kimi göstərilən və qaçmağa çalışan qatillər, ateistlərdir. Bu cinayətkarların sizi aldatmalarına imkan verməyin”, – deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən verdiyi açıqlamada Türkiyənin “Azovstal” fabrikindən yaralı əsgərləri və mülki vətəndaşları təxliyə etmək üçün gəmi göndərməyini təklif edib.
Qeyd edək ki, Rusiya keçən ay strateji əhəmiyyətli liman şəhəri olan Mariupolu ələ keçirdiyini elan edib və Ukrayna qüvvələri mülki vətəndaşla birlikdə “Azovstal” fabrikinə sığınıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.