Çingiz erməni idmançıya belə qalib gəldi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya “Qran-pri”sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb.
Metbuat.az 30 yaşlı döyüşçü Taylandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çingiz #erməni #idmançıya #belə #qalib #gəldi