Cinsi azlıqla bir maşına minmək istəmədi, cərimələndi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda Malakan bağında gənclər arasında insident yaşanıb.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin ərazidə 23 yaşlı Fuad Ağayev (şərti) cinsi azlıq nümayəndəsi C.S. ilə mübahisə edib. Polis əməkdaşları onlara yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışıblar. Bu zaman hər iki şəxs Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunub.
F.Ağayev cinsi azlıq nümayəndəsi ilə bir maşına minmək istəmədiyini bildirib. Polis əməkdaşları onu məcburi şəkildə bölməyə aparmağa çalışarkən F.Ağayev polis maşınının şüşəsinə zərbə vurmaqla ziyan yetirib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə həmin şəxsin inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlib.
Qərara əsasən, F.Ağayev 200 manat məbləğində inzibati cərimə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.