fbpx

Çirkli dəniz suyu mədə-bağırsaq yollarına düşdükdə nə baş verir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Çirkli dəniz suyu insanda qusma, ürəkbulanma, bağırsaq pozğunluğu, ishal, iştah pozğunluğu, başgicəllənmə və başağrısı kimi hallara səbəb ola bilir”.

Metbuat.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu İnci Bağırova deyib:

“Hər il çimərlik mövsümü başlayarkən çimərliyə icazə verilən ərazilərin adı açıqlanır. Bu mənada qadağan olunmuş zonalarda çimmək qəti şəkildə məsləhət görülmür. Belə ərazilərdə dəniz suyunun tərkibində toksikoloji baxımdan ağır metallar, neft qalıqları olur. Həmçinin üzməyi bilməyən şəxslərin və azyaşlıların dərin sularda üzməsi qadağandır. Çünki bu şəxslərin ağız boşluğuna və mədə-bağırsaq sisteminə daha çox su gedir.

Rüya tabirlerini burdan oku

Ümumiyyətlə, çirkli dəniz suyu insanda qusma, ürəkbulanma, bağırsaq pozğunluğu, ishal, iştah pozğunluğu, başgicəllənmə və başağrısı kimi hallara səbəb ola bilir. Belə olan halda xəstəni mütləq həkimə aparmaq lazımdır. Bütün hallarda mütəxəssis kimi əsas tövsiyə və məsləhətimiz odur ki, insanlarımız rəsmi şəkildə qadağan olunmuş yerlərə, çirkli çimərliklərə getməsin. Ən vacib addım budur!”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu