fbpx

Çoban Xanışın qızının məhkəməyə verilməsinə səbəb qardaşı oğlu olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Məşhur çoban Xanış Şahıyevin qızı Telli Şahıyevin məhkəməyə verilməsinin təfərrüfatları bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Telli Şahıyeva danışıb. O bildirib ki, məhkəməyə verilməsinin səbəbi qardaşı oğlu olub:

“Onlar məni bezdiriblər. Övladımın toyunda hay-küy saldılar. Hər dəfə bir şey edirlər. Həmin gün mən bazarda qardaşım oğlu ilə rastlaşdım. Ona dedim ki, bəs sənin qardaşın niyə mənim övladımın toyuna dava salırdı? O da mənə qarşı kobudluq etdi. Özü də polislərin qarşısında. Gördüm ki, polislər heç bir tədbir görmədi, şöbəyə getdim. Uca səslə mənə qarşı kobudluq, zorakılıq elədiyini dedim. Məsələ böyüdü, dedilər belə etməklə qanunu pozmusan. Amma mənim əvəzimə qardaşım oğlunu cəzalandırmalı idilər”.

Rüya tabirlerini burdan oku

Çoban Xanışın qızı əlavə edib ki, Lerik rayonunda onu və ailəsini hər kəs tanıyır:

“Üç övladım var, üçü də ali savadlıdır. Özüm də zəhmətkeş insanam. Gəlib özünüz də araşdıra bilərsiniz. Yəni, qanunsuzluq edən, polislə dalaşan adam deyiləm. Sadəcə qardaşımın övladları məni bezdirib. Onlardan xeyli şikayətim var”.

Xatırladaq ki, Telli Şahıyeva barəsində inzibati iş başlanıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb. Lerik Rayon Məhkəməsinin qərarı ilə Telli Şahıyeva 200 manat cərimələnib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çoban #Xanışın #qızının #məhkəməyə #verilməsinə #səbəb #qardaşı #oğlu #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu