fbpx

Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Çobanyastığı çayı saça qulluq və ağız sağlamlığı üçün olduqca faydalıdır. Baş dərisindəki qıcıqlanmanı aradan qaldırır və kəpək problemindən əziyyət çəkənlər üçün mükəmməl vasitədir. Saç tellərini gücləndirir, saçlara yumşaqlıq verir. Çobanyastığı çayının digər bir faydası da antiseptik xüsusiyyətlərə malik olmasıdır. Bu səbəbdən ağız qoxusunun və diş çürüməsinin qarşısını alır, dişləri qoruyur. Diş ağrıları üçün ağrıkəsici effekti yaradır. Eyni zamanda əzələ ağrıları üçün də təsirlidir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, çobanyastığı güclü antibakterialdır. Soyuqdəymə, boğaz ağrısı kimi halları aradan qaldırır. Xüsusilə sinuzitdən əziyyət çəkənlərin çobanyastığı çayından istifadə etməsi tövsiyə olunur. Tərkibində olan maddələr səbəbindən qaraciyərin təmizlənməsinə, qorunmasına və sağlamlığına kömək edir.

Çobanyastığı çayı bədənin allergenlərə qarşı immun reaksiyasını dəyişməyə səbəb olur və allergik reaksiyaları sakitləşdirir.

Rüya tabirlerini burdan oku

Mütəxəssislər müntəzəm olaraq çobanyastığı çayı istehlakının orqanizmdə antibakterial xüsusiyyətlərə malik maddələri artırdığını qeyd ediblər. Bu çayın xüsusilə qışda içilməsi həm immunitet sistemini gücləndirmək, həm də soyuqdəymə, boğaz ağrısı kimi şikayətləri azaltmaq üçün faydalıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu