fbpx

Coğrafiyaçılar sürüşmə zonasında tədqiqat aparıblar

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri – Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri dosent Mirnuh İsmayılov, coğrafıya üzrə fəlsəfə doktoru Gülnar Hacıyeva, Emil Cəbrayılov, Şəfiqə Vəliyeva və Aminə Muradova Masallı, Lənkəran və Astara rayonlarında yaranmış ekoloji vəziyyətlə əlaqədar çöl-tədqiqat işləri aparıblar.

Bu barədə BEY.AZ-a institutdan məlumat verilib.

Mütəxəssislər sürüşmələrin və subasarların baş verdiyi ərazilərdə landşaft ekoloji şəraiti, sürüşmələrin səbəb və nəticələrini, onlara qarşı mübarizə tədbirlərini araşdırıblar. Torpaq sürüşməsi sahələri əsasən Astara rayonunun Şiyəkəran, Siyakü, Asxanakəran, Təngərüd, Lomin kəndləri və Kijəbə qəsəbəsi ərazisində, habelə rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 8 və 10-cu kilometrliyində qeydə alınıb. Lənkəran rayonunda isə sürüşmə aktivliyi Horavenc və Gəgiran kəndləri, həmçinin Lənkəran-Lerik avtomobil yolunun 17 və 19-cu kilometrliyində müşahidə edilib.

Şöbə müdiri M. İsmayılovun bildirdiyinə görə, regionda sürüşmələrin əsas səbəbləri ekoloji risk yaradan antropogen fəaliyyətlər, torpağın üst qatında gedən eroziya prosesləri, meşə ekosisteminə müdaxilələr, yağıntı və s. kimi amillərdir. Regionun əsas çaylarında su anbarlarının tikilməsi, qurumuş çay dərələrində intensiv qum-çınqıl karxanalarının fəaliyyəti, çay yataqlarının məişət tullantıları ilə doldurulması, turizm obyektlərinin çay yataqlarına düşünülmüş müdaxilələri və s. kimi proseslər çay dərələrində gedən təbii hidrogeomorfoloji şəraiti kəskin şəkildə dəyişdirib ki, bu da öz təsirini subasmalarda, çay boyu ərazilərdə torpaq sürüşmələrinin fəallaşmasında, yol infrastrukturlarının dağılmasında və s. göstərir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Coğrafiyaçılar #sürüşmə #zonasında #tədqiqat #aparıblar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu