COP29-a görə Bakıda toylara məhdudiyyət olacaq?
COP29 dövründə Bakıda toylara məhdudiyyət tətbiq olunmayacaq.
BEY.AZ xəbər verir ki, Trend bu barədə məlumatlı mənbəyə istinadən məlumat yayıb.
“COP29 zamanı toy və ya digər xüsusi tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək”, – məlumatda bildirilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |