fbpx

COP29 Azərbaycana nə vəd edir?

Rüya Yorumları burda


Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak edib.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən, bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edir.

İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan Azərbaycan Prezidenti bildirib ki, təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur.

“Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək”.

COP29-un Azərbaycanda keçirilməsini olduqca vacib hesab edən Milli Məclisin deputatı Arzu Nağıyev vurğulayıb ki, bu tədbirə istər iqtisadi, istər siyasi, istərsə də digər istiqamətlərdə Azərbaycanın tanınması, haqq səsinin dünyaya eşidilməsinə xidmət edir:

Rüya tabirlerini burdan oku

"İran başa düşür ki, Azərbaycanla diktə ilə danışmaq olmaz" -

“COP29 tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bunun üçün Azərbaycanda hər şərait var. Dünyada mövcud olan 11 iqlim qurşağının 9-unun Azərbaycanda mövcudluğu, təbii sərvətlərimiz, zəngin tarixi-mədəni irsimiz, milli mətbəximiz, ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik adasına çevrilməsi son illər dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edib. Ekologiyanın daha da inkişafı istiqamətində addımlar ata bilərik.

Arzu Nağıyev bildirib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq:

“Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib. Hesab edirəm ki, COP29 inkişaf etməkdə olan ölkələrin aşağı karbonlu iqtisadiyyatlara keçidinə və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına kömək etmək üçün texnologiya transferi və potensialın yaradılması təşəbbüslərini təşviq edir. Bu səylərə ən yaxşı təcrübələrin bölüşdürülməsi, təmiz və davamlı texnologiyaların ötürülməsi, iqlim dəyişikliyini effektiv şəkildə həll etmək üçün institusional və insan potensialının yaradılması daxildir.

Bu gün COP29-un qlobal istiləşmə ilə bağlı mübarizədə nəinki ekoloji və iqtisadi, eyni zamanda siyasi tərəflərinin olduğunu qeyd edən Arzu Nağıyev düşünür ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə yanaşı, həm də yaşıl enerjinin tərəfdarı kimi bu konsepsiyaya töhfə verməyə hazırdır:

“2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. COP29 bir sıra istiqamətlərdə – Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir”.

İqtisadiyyat və maliyyə sahəsində tanınmış ekspert Orxan Məmmədzadə BEY.AZ-a COP 29 çərçivəsində tətbiq olunan innovativ və fərqli istehsalat yanaşmaları barədə danışıb. Ekspert deyib ki, bu sahələr üzrə bir neçə nümunələr də var:

Şəkilin açıqlaması yoxdur.

“Artıq tikinti sahəsində ənənəvi tikinti materiallarından istifadədən daha çox ekoloji, şüalanmaya məruz qalmayan məhsullara üstünlük verilir. COP 29-un keçirilməsi, Azərbaycanda öyrəşdiyimiz biznes üslublarını birdən-birə dəyişməsə də, onun tələblərinə, qlobal, gündəmə uyğun olan yeni texnologiyalara dəstək verə bilər.

Hesab edirəm ki, burada sahibkarlığın inkişafı üçün bir çox amillər var. Burada dövlət proqramları üzrə maliyyələşmə konseptləri mövcuddur. Dövlət proqramının tələbləri sırasında xüsusi olaraq ekoloji təmiz məhsulların hazırlanmasından tutmuş, yeni ekologiyaya faydalı olan icadların tətbiqi və idxalı da daxildir. Düşünürəm ki, bu dövlət proqramları sahibkarlığın inkişafı üçün də xüsusi bir dəstəkdir”.

Orxan Məmmədzadə xüsusilə qeyd edib ki, COP29 çərçivəsində istehlakçı seqmenti arasında geniş maariflənməyə yer verilməlidir:

“Fərqli istehsalat yanaşmaları sırasında yenidən emal olunmuş plastik qablar məsələsi də müzakirə edilə bilər. Yeni məhsulun istehsalı təkrar emaldan daha baha başa gəldiyi üçün istehlakçılara münasib yanaşma təqdim olunmalıdır. İstehlakçı anlamalıdır ki, məhsul baha olsa da, onu seçməklə ekologiyaya dəstək vermiş olacaq.

Düşünürəm ki, istehlakçı seqmenti arasında maariflənmə aparılarsa, təkrar emal məsələsinə üstünlük veriləcək. Bu da sahibkarlıq sahəsində yeni qolun açılmasına xidmət edəcək”.

Gülbəniz Hüseynli / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi
ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.





MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu