fbpx

COP29 çərçivəsində xarici jurnalistlər Qala Qoruğunda olub



Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən beynəlxalq media nümayəndələrinin “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna ziyarətləri təşkil olunub.

BEY.AZ xəbər verir ki, mediaturlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC tərəfindən Qala Qoruğunun ərazisində yaradılmış “Tullantıdan sənətə” muzeyinə baş çəkməklə başlanılıb. Sıfır tullantı yanaşması ilə tullantılardan sənət nümunələrinin yaradılması qonaqlarda böyük maraq doğurub.

Daha sonra, jurnalistlər açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət edərək XVIII əsrə aid Abşeron kənd həyatı ilə tanış olmuş, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi ekoloji cəhətdən dost olan qədim sənətkarlıq növlərini izləyib, ustad dərslərində iştirak ediblər. Mediaturun iştirakçılarına qədim Abşeron kəndlərində sakinlərin həyat tərzi, eyni zamanda Qala Qoruğu ərazisində yerləşən memarlıq və arxeoloji abidələr barədə ətraflı məlumat verilib.

Həmçinin xarici media mənsublarına Qala Qoruğunda yenidən dirçəldilən, təkrar istifadə ilə ərsəyə gələn qurama eko-dost sənəti haqda məlumat verilib. Qonaqlar COP29 tədbirinə dəstək olaraq təşkil olunmuş “Qurama Art. Zamanın vəhdəti” sərgisi ilə tanış olublar.

Qeyd edək ki, Qala Qoruğuna həyata keçirilən mediaturlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin