fbpx

COP29 çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlərin görüşü keçiriləcək



Bu ilin noyabrnda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü keçiriləcək.

BEY.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Çinə səfər çərçivəsində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüşdük. Azərbaycanın 2025 – 2026-cı illər üçün BNF-yə prezidentliyi məsələləri, bu istiqamətdə prioritetlər və təşkilatla əməkdaşlığı müzakirə etdik. Ölkəmizdə COP29 çərçivəsində keçiriləcək “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü ilə əlaqədar müvafiq işlərin görülməsinə dair fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin