fbpx

COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi keçirildi

Rüya Yorumları burda


COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi keçirilib.

BEY.AZ Trend-ə istinadən xəbər verir ki, mərasim COP29 Prezidentliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT) təşkilatçılığı ilə baş tutub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan həm gələcəyimizin, həm də planetimizin gələcəyinin formalaşmasında şəhərlərin mühüm rolunu başa düşür.

O qeyd edib ki, Urbanizasiya baxımından ən sürətlə böyüyən regionlardan biri kimi Azərbaycan bu sürətli şəhərsalma ilə bağlı problemlərin həllinə və imkanlardan istifadə etməyə dərindən sadiqdir.

“Bütün maraqlı tərəfləri bir araya gətirməklə, COP29 çoxsəviyyəli və çoxsektorlu maraqlı tərəflərin iqlim problemlərini həll etmək və şəhər məkanlarını davamlı ekosistemlərə çevirmək üçün birlikdə hərəkət etdiyi gələcəyə baxışı nümayiş etdirir. Burada biz bugünkü müzakirələrin əsasını qoyan mühüm təşəbbüsləri də təqdir etməliyik”,- deyə o bildirib.

Rüya tabirlerini burdan oku

Əlavə olaraq Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT) icraçı direktoru Anaclaudia Rossbach çıxış edərək deyib ki, şəhərlərin planlaşdırılmamış genişlənməsi biomüxtəlifliyə, ətraf mühitə, ərzaq təhlükəsizliyinə təhlükədir.

“Binalar, mənzil və tikintilər istixana emissiyalarının 40%-ə qədərinə cavabdehdir. Bununla belə, bizim böyük infrastruktur boşluqlarımız var, çünki qeyri-rəsmi məskunlaşmalarda 1 milyard insan yaşayır. Şəhərlər iqlim dəyişikliyinə son dərəcə həssasdır. Havanın temperaturu kənd yerlərindən 10 dərəcəyə qədər yüksəkdir, sahil zolağının 90%-i dəniz səviyyəsinin qalxması və şiddətli tufanlarla üzləşir”, – deyə o bildirib.

Daha sonra COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır. Bu rəqəmin 2050-ci ilə qədər təxminən 70%-ə yüksələcəyi proqnozlaşdırılır.

O qeyd edib ki, proqnozlara görə, yaxın 5-7 ildə şəhər əhalisinin 500 milyon nəfərdən çox artacağı gözlənilir ki, bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik və su təchizatı, nəqliyyat, kanalizasiya sistemi və yollara daha da böyük təzyiq göstərəcək.

Öz növbəsində BMT ətraf mühit proqramının (UNEP) icraçı direktoru İnger Anderson qeyd edib ki, şəhərlər də iqlim dəyişikliyinin təsirlərinin qurbanıdır.

“Təbiətə əsaslanan həlləri nəzərdən keçirin ki, şəhərlərinizdə ətraf mühitin qorunması sadəcə ağac əkmək və parklar salmaqdan ibarət olmasın. Şəhərlərdə işləyərkən, siz həm də ekoloji problemlərin bölünməzliyinə nəzər salmalısınız.

İqlim və uyğunlaşma biomüxtəlifliyin müsbət həlli töhfə verilə bilər. Resurslar və tullantıların idarə edilməsi üzərində işləyərək, plastik və metanın azaldılmasına təsir edə bilərsiniz. Ətraf mühit sektorunda hər şey bir-birilə bağlıdır”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu