fbpx

COP29 iş adamlarının ölkəyə cəlbinə şərait yaradacaq



“COP29-un Azərbaycanda keçirilməsi ölkənin uğurunun nəticəsidir”.

Bunu BEY.AZ-a millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, iştirakçı ölkələrin tədbirin Azərbaycanda keçirilməsinə səs verməsi, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuza işarədir:

“Azərbaycanda ekologiyanın qorunması istiqamətində atdığı addımlar böyükdür. Neft-qaz ölkəsi olan Azərbaycan ekologiya məsələlərində həssaslıq nümayiş etdirir. Bu məsələ dövlətimizin, Prezident İlham Əliyevin xüsusilə diqqətindədir.

COP29-un Azərbaycanda keçirilməsi dünyanın yüzdən çox nümayəndəsinin ölkəyə gəlməsinə, iş adamlarının ölkəyə cəlbinə şərait yaradacaqdır. Hesab edirəm ki, COP29-un Azərbaycan tarixində əhəmiyyətli rol oynayacağı indidən bəllidir”.

Gülbəniz Hüseynli / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin