fbpx

COP29 ölkəmizə siyasi və iqtisadi dividentlər qazandıracaq

Rüya Yorumları burda


Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün mühüm addımlar atmaqdadır. Cəmi 11 aydan az müddətdə COP29 sammitinə hazırlıqlar uğurla tamamlanıb, tərəfdaşlar ilə genişmiqyaslı layihələrə start verilib. Azərbaycan COP29 ərəfəsində gördüyü işlərlə dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilə bilib.

Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov BEY.AZ-a açıqlamasında bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə layihələrinin tətbiqində böyük həllər təklif edən Azərbaycan yaşıl layihələrin dəstəklənməsinə hər zaman böyük maraq göstərib. O qeyd edib ki, Azərbaycan bu tədbir ərəfəsində və sonrasında dünya dövlətlərinin diqqət mərkəzində olacaq:


“200 ölkədən 80 min insanı qəbul etmək indiki mürəkkəb beynəlxalq siyasi şəraitdə hətta inkişaf etmiş ölkələrin belə öhdəsindən gələ bilmədiyi bir hadisədir. Bu tədbir dünyada artıq qlobal problemlərə çevrilmiş ekoloji fəlakətlərdən çıxış yolu tapmaq baxımından da böyük əhəmiyyət daşıyır. COP29 tədbiri çərçivəsində Azərbaycana toplaşacaq mütəxəssislər burada qəbul ediləcək qərarlara böyük ümidlə baxırlar. Dünyanın gələcək taleyi Azərbaycanda keçiriləcək görüş və aparılacaq müzakirələrdən çox asılı olacaq. Azərbaycanın əsas hədəfi dünyanın ekoloji kataklizmlərdən xilas olmasıdır. Dünyanın ekoloji problemlərdən qurtuluşu Azərbaycanın da xilas olması deməkdir. Azərbaycan COP29-un təşkilinə məhz bu perspektivdən yanaşır”.

Əlimusa İbrahimov həmçinin vurğulayıb ki, COP29 siyasi dividentlərlə yanaşı, iqtisadi inkişafa da böyük təkan verəcək. Professor qeyd edib ki, bu, Azərbaycanın qlobal enerji keçidi səylərində əsas oyunçu kimi mövqeyini möhkəmləndirməyə imkan yaradacaq:

Rüya tabirlerini burdan oku

“Ölkə bərpa olunan enerji potensialını, xüsusən də günəş, külək və su ehtiyatlarını nümayiş etdirə biləcək. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin 30%-ni bərpa olunan mənbələrdən istehsal etməyi hədəfləyir ki, bu da ölkənin öz enerji istehlakında bərpa olunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmaq məqsədini ifadə edir. Bu addım xarici investisiyaların cəlb olunması, innovasiyaların təşviqi və yeni iş yerlərinin yaradılması baxımından da çox böyük əhəmiyyət kəsb edəcək”.

Professorun fikrincə, Azərbaycanın COP29-dan sonra əldə edəcəyi siyasi nəticələr daha da möhtəşəm olacaq:

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi qlobal iqlim məqsədlərinə sadiqliyini vurğulamaqla beynəlxalq səhnədə mövqeyini möhkəmləndirəcək. Ölkə bu müzakirələrdən iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli araşdırmaları asanlaşdırmaq üçün istifadə edəcək və inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında mövcud olan uçurumu aradan qaldırmağa çalışacaq. Bundan əlavə, Azərbaycanın COP29-un təşkilindəki rolu ona ekoloji dayanıqlığı iqtisadi rifahla əlaqələndirərək “yaşıl inkişaf” baxışını təşviq etməyə imkan verəcək. Azərbaycan dayanıqlı təcrübələri öz milli inkişaf strategiyasına inteqrasiya etməklə digər ölkələri də oxşar tədbirlər görməyə ruhlandırmaq niyyətindədir”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, millət vəkili Azər Badamov isə BEY.AZ-a bildirib ki, COP tədbirlərinə ev sahibliyi edən ölkələr, adətən, bu tədbirə bir neçə il hazırlıq görsə də, Azərbaycan cəmi bir il ərzində bu prosesin öhdəsindən gəlib.


Dövlət başçısının rəhbərliyi altında son illərdə həyata keçirilən sosial infrastruktur layihələrinə diqqət çəkən Azər Badamov qeyd edib ki, yaradılan turizm infrastrukturu ölkəmizi COP29 ilə bağlı qonaqları yüksək səviyyədə qəbul etməyə imkan verir:

“Azərbaycan COP29-un gündəliyini müəyyən edib və müzakirə olunan mövzular arasında iqlim maliyyəsi ilə bağlı konsensusun əldə olunması təşəbbüsümüzlə önə çəkilib. Həmçinin, COP29-a ev sahibliyi edəcək ölkə kimi təşəbbüsümüzlə triada formatı yaradıldı və bu formatda COP28, COP29 və COP30-a ev sahibliyi edən ölkələrin birgə fəaliyyəti nəzərdə tutulur. COP29 qlobal səviyyədə iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni bir səhifə açacaq”.

Millət vəkili tədbirin ölkəmizə qazandıracağı dividentlərlə bağlı qeyd edib ki, bu tədbirin ölkəmizə birbaşa və uzunmüddətli əhəmiyyəti olacaq:

“Bu tədbir ölkəmizə siyasi, iqtisadi və sosial baxımdan müsbət nəticələr verəcək. COP29-un açılış mərasiminə 100-dən çox dövlət başçısının qatılacağı gözlənilir. Onların arasında ilk dəfə ölkəmizə gələcək liderlər də olacaq. Bu isə dünya liderlərinə Azərbaycanı daha yaxından tanımaq imkanı yaradacaq. Onlar torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlandığını, öz gücümüzlə ərazi bütövlüyümüzü təmin etdiyimizi və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını, ölkəmizin sülhə can atdığını görəcəklər. Bu da Azərbaycanın beynəlxalq arenada dostlarının sayının artmasına və mövqeyinin möhkəmlənməsinə kömək edəcək. COP29 Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edəcək və sözümüzün gücünü artıracaq.

COP29 ilə bağlı ölkəmizə 70 mindən çox xarici qonağın gələcəyi proqnozlaşdırılır. Bu tədbir 12 gün ərzində turizm sektorunda yeni bir canlanma yaradacaq. Xarici qonaqlar Azərbaycanın tarixi və mədəniyyətinə, zəngin mətbəxinə yaxından bələd olacaqlar və yenidən ölkəmizə qayıtmağı planlaşdıracaqlar. On minlərlə insanın ölkəmizə xərcləyəcəyi yüz milyonlarla dollar kənd təsərrüfatı və digər sektorlarda çalışan insanların gəlirlərini artıracaq. Bu da qeyri-neft sektorunun və dövlət büdcəsinin gəlirlərinin artmasına mühüm töhfə verəcək”.

Gülbəniz Hüseynli / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.








ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu