fbpx

COP29-un ilk rəsmi tərəfdaşları açıqlandı



Azərbaycanda keçiriləcək COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb.

COP29 Əməliyyat Şirkətindən BEY.AZ-a verilən məlumata görə, onların arasında Strateji təsir üzrə Tərəfdaş “PASHA Holding” və Dayanıqlı inkişaf üzrə Tərəfdaş “Azersun Holding” kimi Azərbaycan şirkətləri yer alır. Bu tərəfdaşlıq sözügedən şirkətlərin dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyini nümayiş etdirir.

Yerli tərəfdaşlar Azərbaycanın Milli Öhdəlik Proqramında iştirak edir. Bu proqramın məqsədi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təklif olunan məsləhət və təlim sessiyalarında iştirak etməklə, peşəkar bacarıqları və resursların idarə olunmasını artırmaq üçün iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə (ESG) strategiyalarının formalaşdırılması və yerli tərəfdaşlıq meyarlarına uyğunluq baxımından Azərbaycan şirkətlərinin daxili potensialının qiymətləndirilməsidir

Yaradılan bu imkandan istifadə etməklə Tərəfdaşlar qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərinin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm həlledici rolu nümayiş etdirə bilərlər.

COP29-da sözügedən Tərəfdaşlara builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində COP29 Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, şəbəkələşmə imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və şəbəkələşmə imkanlarını təklif edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşlarının elan edilməsi ilə bağlı bunları deyib: “Mən “Pasha Holding” və “Azersun Holding” şirkətlərini Azərbaycanda keçiriləcək COP29 tədbirində ilk rəsmi tərəfdaşları kimi salamlayıram. Builki COP beynəlxalq iqlim siyasətlərinin müzakirəsi, iqlim fəaliyyətinin təşviqi və həm dayanıqlı, həm də davamlı gələcəknaminə qlobal əməkdaşlıq üçün mühüm platforma olacaq. Tərəfdaşlarımız COP29 çərçivəsində bu ambisiyanı həyata keçirməyimizə dəstək baxımından mühüm rol oynayacaqlar və biz faydalı iqlim fəaliyyəti naminə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik”.

“PASHA Holding” şirkətinin Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev qeyd edib: “COP29 tədbiri “PASHA Holding” şirkəti tərəfindən həyata keçirilən dayanıqlılıq fəaliyyətləri baxımından mühüm rol oynayacaq. Bu səbəbdən, biz bu il Bakıda keçiriləcək COP29 konfransının Strateji təsir üzrə Tərəfdaşı olmaqdan qürur duyuruq. Biz daha çox məlumat toplamaq və təcrübə mübadiləsi aparmaq üçün dünya liderləri və maraqlı tərəflərlə çalışmağa, eləcə də daha firavan və dayanıqlı dünya naminə konstruktiv əməkdaşlıq və irəliləyiş imkanlarını araşdırmağa can atırıq”.

“Azersun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl söyləyib: “COP29 tədbirinin tərəfdaşı olmaq “Azersun” şirkətinin dayanıqlılığa olan sarsılmaz əzmkarlığının göstəricisidir. İnanırıq ki, qlobal liderlərlə birlikdə çalışmaqla, biz əhəmiyyətli dəyişikliyə nail ola və hamımız üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz səbirsizliklə COP29 Yaşıl Zonasında keçirəcəyimiz görüş və fəaliyyətləri gözləyirik”.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin