fbpx

COP31 Türkiyədə keçiriləcək?



Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan edib.

BEY.AZ “Trend”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 Lider Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

“Biz 2024-2030-cu illəri əhatə edən iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma strategiyası fəaliyyət planlarımızı həyata keçirmişik. Birləşmiş Millətlər Təşkilatının 2026-cı il İqlim Dəyişikliyi Tərəflərinin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyimizi elan etdik. Namizədliyimizi dəstəkləyən ölkələrə təşəkkür edirik. Bu mühüm zirvə görüşü münasibətilə əziz qardaşım İlham Əliyevi ürəkdən təbrik edirəm”, – Ərdoğan bildirib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin