Corc Dik İsrailin müharibəni dayandırması üçün şərtlərini açıqladı
“Hazırda HƏMAS-ın iki məqsədi var: Bütün yəhudiləri və israilliləri öldürmək, nəyin bahasına olursa-olsun, sağ qalmaq. İsrailin məqsədi isə heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əminlikdir”.
BEY.AZ-ın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.
O, İsrailin yalnız HƏMAS silahlarını yerə qoyacağı təqdirdə müharibəni dayandıracağını vurğulayıb:
“Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir. Bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək”, – deyə diplomat sözlərini yekunlaşdırıb.