Coşqun Diniyev ona qərəzli yanaşan baş hakimə belə “ürəyini boşaltdı”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Zirə”nin yarımmüdafiəçisi Coşqun Diniyev baş hakim Elçin Məsiyevə sərt etiraz edib.
Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb Premyer Liqanın 9-cu turunun “Sabah” – “Zirə” görüşünü (1:0) idarə edən referinin 84-cü dəqiqədə onu yersiz qırmızı vərəqə göstərməsidir.
Coşqun özünə qarşı edilən qayda pozuntusuna görə hakimə narazılığını normal şəkildə bildirdiyi halda, ikinci sarı vərəqənı qarşısında görüb və vaxtından əvvəl meydandan kənarlaşdırılıb.
Hakimin üzərinə gedən futbolçunu yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra kənara çəkmək mümkün olub.
Lakin o, paltardəyişmə otağına yollanarkən yolüstü baş hakimi xoşagəlməz sözlərə “qonaq” edərək, “ürəyini boşaldıb”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.