fbpx

COVID-19 sertifikatlarının etibarlılıq müddəti tələbi dəyişib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gündən etibarən COVID-19 sertifikatlarının etibarlılıq müddəti koronavirusa qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra vaksin istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən bu gündən COVID-19 sertifikatlarının etibarlılıq müddətinin koronavirusa qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə müddətsiz olmasına dair qayda ləğv edilir.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, əvvəlki qərara əsasən, etibarlılıq müddəti koronavirusa yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi. Ancaq fevralın 15-dən bu müddəadan 56 gün çıxarılır. Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu