fbpx

“Çox əsəbiyəm, uduzmaqdan zəhləm gedir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

“Mən çox əsəbiyəm, uduzmaqdan zəhləm gedir. Bütün uşaqlar məyusdurlar. Çünki maksimumu verdilər. İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Slovakiyaya 0:1 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis artıq 25 görüşdür rəhbərlik etdiyi yığmanı indiyədək 100 məşqə çıxardığını xatırladıb: “Dünən 100-cü məşqimizi etdik. 4 məşqdən bir oyuna çıxırıq. Evdəki matçların əksəriyyəti güclü komandalara qarşı olub. Bizdən çox güclü komandalarla oynamışıq. Hamısında sona qədər vuruşmuş, əlimizdən gələnin maksimumunu etmişik. Millətlər Liqasındakı ilk iki oyunda da çoxlu imkanlarımız oldu. Bunlardan daha yaxşı istifadə etməli idik”.

Rüya tabirlerini burdan oku

İtaliyalı baş məşqçi Emin Mahmudovun yerinə Abbas Hüseynovu meydana buraxmasına da aydınlıq gətirib: “Sürətli futbolçuya ehtiyacımız var idi. Abbas həm əks-hücumlarda, həm müdafiədə kömək edə bilərdi. Emin çox yorulmuşdu. Düşünmürəm ki, qol əvəzetməyə görə vuruldu”.

De Byazi ilk 20 dəqiqədə yaxşı çıxış etmədiklərini sözlərinə əlavə edib: “Hamımız yaxşı analiz etməliyik. Rəqibin güclü olduğunu bilirdik. 20 dəqiqədən sonra sonra heç də pis oynamadıq. İlk hissənin axırlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Amma göründüyü kimi, bu, asan deyil. Günahkar axtarmaq düzgün deyil. Mən də istərdim kimlərinsə səhvlərindən danışım. Futbolçular ən yaxşı fiziki formada deyillər. Öncə oyunçuları tanımalısan. Düşünürəm ki, bir qrup yaratmışıq. Azarkeş həmişə uduzanda problem axtarır, tapır. Amma ekspert kimi baxsaq, fərqli fikirlər ola bilər”.

Mütəxəssis Mahir Emrelinin oyunu barədə də danışıb: “Klubunda fiziki problemləri var idi. Buraya gələndə də 100 faiz hazır deyildi. İkinci yarıda meydana buraxdıq. Qol keyfiyyətlərindən yararlanmaq istəyirdik. Alınmadı. Amma bütün ürəyini meydanda qoydu”.

Baş məşqçi “Bəlkə, Azərbaycan yığmasına futbol oynamağı öyrədə bilmirsiniz?” sualını bu cür cavablandırıb: “Deməzdim. Bu, tam olaraq mənim komandamdır. Oyundan sonra da uşaqlara dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oynamadıq. Əvvəlki oyunlarda da dominant idik. İki oyuna 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır. Məncə, komandada nəsə dəyişilib. 2003-cü il təvəllüdlü uşaq əsas komandada oynayır. Başqa 10-15 uşaq da olsa, meydana buraxaram. Sevdiyim, xüsusi simpatiya bəslədiyim futbolçu yoxdur”.

De Byazi futbolçuların fiziki durumu ilə bağlı fikirlərini bölüşüb: “Sabah necə bərpa olunacaqlarına baxacağıq. Maksim Medvedev ardıcıl ikinci oyunda əvəzlənməsini istədi. Mövsümün sonudur, yorğunluqlar ola bilər. Təəssüf ki, Qismət Alıyev bizimlə olmayacaq. İstirahət fikirlərini başa düşürəm, amma qələbə üçün çalışmalıyıq. Belarusla oyunda məğlubiyyət seriyasını qırdıq, qalib gələ də bilərdik. Beynəlxalq səviyyə ilə Azərbaycan çempionatı eyni deyil”.

Mütəxəssis hələ qarşıda 3 oyunlarının olduğunu xatırladıb: “3 oyun keçirmişik, qarşıda daha 3 matçımız var. Onları düşünürük. Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq. Belarusla oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq. 2-ci yer uğrunda mübarizəmiz davam edir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu