fbpx

“Çox çətin və ağır günlər yaşayıram”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ayağımın ağrısından dayana bilmirəm. Çox çətin və ağır günlər yaşayıram”.

Metbuat.az Bizim.Media”ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva deyib.

İki il əvvəl çəkilişlərin birində ayağı sınan 60 yaşlı Prezident mükafatçısı günü bu gündə əziyyət çəkdiyini və ağrıların daha da artdığını bildirib:

“Bir neçə il əvvəl “İctimai” televiziyanın çəkilişlərinin birində dağın başında ayağımdan çox ciddi zədə aldım. Topuğum zədələndi. İki gün o ağrı ilə orada qaldım. Bakıya gəldim, kəskin ağrılarıma görə həkimə müraciət etdim. O isə başı soyuqluq etdi. Zamanında həkimlər düzgün müdaxilə etsəydilər, ayağım bu hala düşməzdi”.

Sənətkar səhhəti ilə bağlı Türkiyəyə üz tutsa da, lakin ağrılarına çarə tapmayıb:

“Ağrılarım çoxaldı və gəzməyimdə ciddi problemlər yarandı. Türkiyəyə gedib həkimlərə müraciət etdim. Dedilər ki, bir çarə var, o dakı topuğunuzu dondurmaq. Belə olan halda isə mən artıq nəyinki gəzməyim hətta ayaq üstə durmağım məhdudlaşacaq.

Bu əməliyyata isə əsla razı olmaram. Çünki mən aktrisayam. Səhnədə gəzirəm, qaçıram, lazım olanda hoppanıram. Bu mümkünsüzdür. Həkim mənə müxtəlif dərmanlar yazdı. Onları qəbul etdim. Dörd ay müalicə alsam da amma bir xeyri olmadı, ağrılarım azalmadı”.

Aktrisa vurğulayıb ki, qəbul etdiyi çox sayda ağrıkəsici dərmanlara görə, mədəsində də problemlər yaranıb:

“Türkiyədən sonra Bakıya gəldim, yenidən həkimə müraciət etdim. O da mənə ağrıkəsici preparatlar qəbul etməyi məsləhət gördü. İnanın ki, o dərmanları içməkdən artıq mədəm ağrıyır. “Şıx sanatoriya”ya getdim ki, müalicələr alım, az da olsa ağrılarım azalsın. Amma ora getdikdən sonra ağrılarım daha da çoxaldı”.

N.Allahverdiyeva hazırda özünü çox pis hiss etdiyini söyləyib:

“Hazırda vəziyyətim heç də yaxşı deyil. 100-200 metr gəzən kimi ayağım başlayır ağrımağa. Teatrda məşqlərə getmək üçün ağır ağrıkəsici dərmanlar vurdurub sonra gedirəm. O qədər müxtəlif ağrıkəsi preparatlar qəbul etmişəm ki, artıq ağrılarım belə azalmır.
4-5 aydır ki, səhhətimdə yaranan problemlərlə əlləşirəm. Maraqlanmışam deyirlər ki, bəlkə ayağına çarəni İsraildə tapa bilərsən. Çünki oranın səhiyyə sistemi çox güclüdür. Ora getməyi düşünürəm. Rusiya və Türkiyəyə dəfələrlə getsəm də dərdimə çarə tapılmadı”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çox #çətin #və #ağır #günlər #yaşayıram

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin