“Çox şadam ki, xaricdəki azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Mən çox şadam ki, xaricdə yaşayan azərbaycanlılar azad edilmiş torpaqların bərpası ilə bağlı fəal çalışırlar, işləyirlər. Bu platformanın həyata keçirilməsində əlbəttə ki, xaricdə yaşayan soydaşlarımız da mühüm rol oynayıblar”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbətində deyib.
“Bildiyiniz kimi, keçən ay Dünya Azərbaycanlıların Qurultayı ilk dəfə olaraq Şuşada keçirilmişdir. Hamımızın böyük arzusu idi ki, bir gün bu qurultay Şuşada keçirilsin, buna da nail olduq. Xaricdə yaşayan yüzlərlə azərbaycanlı doğma Şuşamıza gəlib burada öz ürək sözlərini deyə biliblər. Əlbəttə ki, dünya azərbaycanlılarının azad edilmiş torpaqlarda bərpa işlərinin aparılmasında da böyük rolu ola bilər. Artıq var, biz bunu görürük. Bax, bugünkü bizim videobağlantımız bunu əyani şəkildə göstərir.
Bildiyiniz kimi, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.
Bu gün biz videoformatda görüş keçirərək bir-birimizi görürük. Amma arzu edirəm ki, siz buraya da gələsiniz, azad edilmiş digər yerlərdə, o cümlədən Ağalı kəndində də olasınız və bu gediş-gəliş daimi olsun.
Mən Qurultay zamanı xaricdə yaşayan soydaşlarımıza üz tutaraq demişdim ki, istərdim, hər biriniz heç olmasa ildə bir dəfə Azərbaycana, Qarabağa, Zəngəzura gələsiniz və bizim bu canlı bağlantımız, qəlbdən-qəlbə gedən bu bağlar daha da möhkəm olsun. Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.