fbpx

Çox yatmaq bu xəstəliyin əlaməti imiş

Rüya Yorumları burda


Yuxu sağlam həyatın ayrılmaz hissəsidir. Fiziki və ruhi sağlamlığı qorumaq üçün kifayət qədər və keyfiyyətli yuxu vacibdir. Ancaq bəzi hallarda insan adi haldan qat-qat artıq yatmaq ehtiyacı hiss edir və bu, daimi yuxu kimi özünü göstərir.

BEY.AZ xəbər verir ki, həddən artıq yatmaq bir çox xəstəliyin əlaməti ola bilər.

Alimlərin araşdırmalarına görə, çox yatmaq narkolepsiya xəstəliyinin əlaməti ola bilər. Narkolepsiya yuxu-oyanma modellərinə təsir edən xroniki nevroloji xəstəlikdir.

Narkolepsi xəstələri gün ərzində ani və idarə oluna bilməyən yuxu hücumları yaşayırlar. Bu hücumlar insanın oyaq və aktiv olduğu bir vaxtda qəfil yuxuya getməsinə səbəb olur.

Narkolepsiya katapleksiya (əzələ nəzarətinin qəfil itirilməsi), yuxu iflici və hipnaqoji halüsinasiyalar kimi digər simptomlara səbəb olur.

Rüya tabirlerini burdan oku

Bildirilib ki, həddindən artıq yatmaq depressiya, hallarında da baş verə bilər. Bu daimi yuxu ehtiyacının tez-tez müşahidə edildiyi psixiatrik bir xəstəlikdir. Depressiyadan əziyyət çəkən insanlar tez-tez həddindən artıq yorğunluq və enerji çatışmazlığı hiss edirlər ki, bu da onları daha çox yatmağa aparır. Depressiya yuxu rejimini pozur, yuxusuzluq və ya hipersomniya kimi özünü göstərir.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu