Cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına qatılacaq Azərbaycan millisinin heyəti bəlli olub.
Metbuat.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma 4 gün davam edəcək yarışda 15 idmançı ilə təmsil olunacaq.
Oğlanların mübarizəsində Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Cəsur İbadlı (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+90 kq) qüvvəsini sınayacaq.
Qızlardan isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (53 kq) və Kamilla Toxoliyeva (66 kq) tatami üzərinə çıxacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Cüdo #üzrə #Azərbaycan #millisinin #heyəti #bəlli #oldu