fbpx

“Dəmirçi Plaza”da müdirini amansızlıqla GÜLLƏLƏDİ: Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI

Rüya Yorumları burda

“Dəmirçi Plaza”da müdirini amansızlıqla GÜLLƏLƏDİ: Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI – VİDEO

Zaman-zaman ölkədə ağılasığmaz cinayətlərin baş verdiyinin dəfələrlə şahidi olmuşuq. Ailə daxili cinayətlərdən tutmuş tanışını, dostunu, sevgilisini və ya birlikdə yaşadığı qadını qətlə yetirən, müdirini, atasını, qardaşını güllələyən bir çox  cinayətin üstü zaman keçdikdə açılıb və şübhəli şəxslərə layiqli cəzalar verilib. Lakin ölkə daxilində baş vermiş elə dəhşətli cinayətlər də var ki, onlar illər, bəlkə də, 10 illər keçsə də, heç bir zaman unudulmur və yaddan çıxmır.

Referans.az “Bir Ömürlük Faciə” rublikasında zaman-zaman baş vermiş, lakin bu günlərdə xatırlanmayan dəhşətli cinayətləri sizə təqdim edir:

Rüya tabirlerini burdan oku

“Dəmirçi Plaza”da direktoru güllələyən şəxs – 2017-ci il

Cinayət işi

2017-ci il yanvarın 9-da Daxili İşlər Nazirliyi Bakının Xətai rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Məlumata əsasən, ayın 7-də “Dəmirçi Plaza”da icarə əsasında fəaliyyət göstərən İraq Hava Yolları şirkətinin ofisində odlu silahdan açılmış atəşlər nəticəsində satış üzrə menecer Əli Ağalı öldürülüb. Həmin gün 37-ci polis bölməsinin əməkdaşları cinayəti törədən Elşən Bəşirovu saxlayıblar.

Fotoda: Əli Ağalının qətlə yetirildiyi silah

Təslim olan şirkətin sürücüsü 1989-cu il təvəllüdlü Elşən Bəşirov orada satış meneceri işləyən Əli Ağalıya odlu silahla bir neçə dəfə atəş açaraq onu qətlə yetirdiyini bildirib. Xətai rayon prokurorluğunun əməkdaşları Məhkəmə Tibbi Ekspertizası və kriminalistlərin iştiraki ilə hadisə yerinə baxış keçirilib. Hadisə yerindən qan nümunələri və digər əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə Tibbi Ekspertizasının rəyinə görə, Əli Ağalını öldürən odlu silahdan açılmış atəş nəticəsində kəllə sümüklərinin sınığı və beynin dağılması səbəb olub.

Yanvarın 8-də DİN Bakıda biznes mərkəzində törədilmiş qətllə bağlı məlumat yayıb. İstintaqla müəyyən edilib ki, yanvarın 6-da İraq Hava Yolları rəsmi nümayəndəliyinin fəaliyyət göstərdiyi Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki olaraq icraçı direktoru vəzifəsini icra edən 1993-cü il təvəllüdlü Əli Ağalı və nümayəndə vəzifəsində işləyən Natiq Əliyevlə birlikdə özünə məxsus “Toyota” markalı avtomobillə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedərkən Elşən Bəşirov Əli Ağalıdan hava limanında bilet satışı məntəqəsinin arxasında onun dayanmamasını deyib-deməməsini soruşduqda sonuncu sözü dediyini etiraf edib.

Fotoda: Əli Ağalı

Bu cavabı aldıqdan sonra o qəflətən avtomobili “Xocalı prsopekti-14” ünvanında yerləşən şadlıq sarayının qarşısında saxlayıb. Qabaq oturacaqda əyləşən Əlinin yaxasında tutub zorla dartaraq maşından düşürüb. Onun üz nahiyəsinə yumruqla bir zərbə endirib. Ağalı özünü müdafiə etmək məqsədi ilə Elşənə təbik zərbələri vurub. Həmin gün saat 20 radələrində yaşadığı Nərimanov rayounu Yusif Vəzir Çəmənzəminli küçəsi ev 7, mənzil 43-ə gələrək ordan 2015-ci il tarixli saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmiş 12 kalibirli ov tüfəngini və 35 ədəd patronu gizli yolla götürüb avtomobil yük yerinə qoyub.

Fotoda: Elşən Bəşirov

Ayın 7-si səhər evdən çıxaraq Yasamal rayonu “Mətbuat prospekti 29” ünvanında fəaliyyət göstərən Ovçu mağazasına gəlib ordan hər birinin içərisində 25 ədəd olan 2 kutu patron alaraq ağır cinayəti törtəmək üçün hazırlıq edib. Saat 11 radələrində işlədiyi ofisə gələrək Əli Ağalını öldürmək üçün əlverişli məqam gözləyib. 1 saatdan sonra icraçı direktoru mühasibatlıq otağında görüb. Aqressiv hərəkətlərilə öz üstünlüyünü ətrafdakı şəxslərə nümayiş etdirmək məqsədi ilə qapını təpiklə açaraq otağa daxil olub. Otaqda kənar şəxslərin olmasına baxmayaraq Əli Ağalıya silahdan 5 dəfə atəş açaraq onu amansızlıqla qətlə yetirib.

Daha ətraflı videoda:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu