Dəhşətli iddia: Kreml işğal planını təsdiq etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Qərb xüsusi kəşfiyyat mənbələri Rusiyanın Moldovaya hücuma hazırlaşdığı barədə məlumat yayıb.
Metbuat.az xəbər verir ki, “Times” qəzetinin iddiasına görə, Moldovanın işğal edilməsi planı Kreml tərəfindən təsdiq edilib. İddia edilir ki, rusiyameyilli qüvvələrin nəzarətində olan qondarma Dnestryanı respublikasının paytaxtı Tiraspoldakı hava limanında hərbi hərəkətlilik var. Bildirilir ki, Rusiyanın Moldovaya müdaxilə etdiyi bir vaxtda Moldovanın digər bölgələrində etirazlar təşkil ediləcək.
“Rus liderlər Moldovanı işğal etmək üçün plan hazırlayıblar və Moldovada Donbas ssenarisi təkrar edilə bilər” – deyə məlumatda bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.