Dəhşətli qəzada həlak olan dəmiryolçunun FOTOSU
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, dekabrın 15-i Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında həyatını itirənlərin bir neçəsi dəmiryolçu idi.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişən dəmiryolçulardan biri də 1992-ci il təvəllüdlü Quliyev Emin Ramiz oğludur. O, digər həmkarları ilə birgə Bakıdan Rusiya sərhədinə yeni çəkilən dəmiryolu xəttinin tikintisində çalışırmış.
Qeyd edək ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Mercedes Vito” markalı mikroavtobusla TIRın toqquşması nəticəsində mikroavtobusda olan 6 nəfər: Məmmədov Kamran Məmmədşah oğlu (1976), Balakişiyev Akif Yusif oğlu (1979), Musayev Vüqar Tərxan oğlu (1980), Əhmədov Elməddin Osman oğlu (1982), Quliyev Emin Ramiz oğlu (1992) və Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü -1977) həlak olub.
Qəzada TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu xəsarət alıb və daha sonra o, saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dəhşətli #qəzada #həlak #olan #dəmiryolçunun #FOTOSU